Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Diş ağrısı gecə niyə şiddətlənir və necə qurtulaq?

Diş ağrısı gecə niyə şiddətlənir və necə qurtulaq?

Date: 20 September 2016 07:27

Gecə başlayan şiddətli diş ağrısı, kifayət qədər çürümüş bir dişin iltihablanmağa başlamasıyla ortaya çıxa bilər. Həmin iltihablanma diş sinirinin ölməyə başlaması ilə meydana gəlir. İltihab kök xaricinə doğru yayılmağa başlaması ilə diş damağında təzyiq artır və bu səbəblə ağrı meydana gəlir. Bu vəziyyət, stomatologiyada ən şiddətli ağrı kimi tanınır.

Diş ağrısı niyə daha çox gecə şiddətlənir?

Milli.Az deyerler.org-a istinadən bildirir ki, şiddətli ağrının xüsusilə gecə meydana gəlməsinin səbəbi, gecə saatlarında hormonal fərqliliklər səbəbiylə damarlarımızın genişlənməsidir. Kök ucundakı iltihab dişdə dövran pozğunluğu meydana gətirir və bu vəziyyət təzyiqə səbəb olar. Təzyiq diş içindəki sinirlərin üstə doğru ağrı yaratmağına səbəb olar.

Gecə başlayan diş ağrısını necə kəsmək olar?

Əvvəlcə diş üzərində və dişlərin arasında olan qida qalıqları diş fırçası və diş ipi istifadə edilərək təmizlənməlidir. Yarım stəkan suya yarım çay qaşığı duz əlavə edilərək ilıq duzlu su ilə ağız yaxşıca çalxalanmalıdır. İsti iltihabı artıracağı üçün qətiyyən isti sudan istifadə etmək olmaz.

Ağrıyan diş üzərinə hər hansı bir ağrı kəsici dərman və ya spirtli pambıq qoymağa ehtiyac yoxdur. Kimyəvi tərkiblərinə görə bu kimi dərmanlar diş ətinde və ətrafda olan yumşaq toxumaların məhv olmasına səbəb ola bilər. Bu da diş ağrısının yanında ikinci bir ağrının meydana gəlməsinə gətirib çıxaracaq.

Üzdə yaranmış şişkinliyi necə yatıraq?

Əgər iltihab səbəbiylə üzdə şişlik meydana gəlmibsə o hissəyə soyuq kompres edilməlidir. Həkimin işinə çətinləşdirməmək üçün dərman qəbul etməzdən öncə yaxşı olar ki, həkiminə müraciət olunsun. Əgər həkimə gedilmirsə, mütləq bir ağrıkəsici dərman içilməlidir. Ancaq ağrıkəsicilər qısa bir müddət təsir göstərdikdən sonra təsirini itirir. Çox sayda ağrıkəsici içilməsi də ağrı üçün bir həll ola bilməz, yalnız mədəyə zərər verər. Diş üzərində çürük səbəbiylə oyuq meydana gəlmibsə, bura çox az qərənfil yağı hopdurulmuş pambıq tündlə bilər. Ancaq bu əməliyyatı edərkən bu yağın diş ətinə sızmamasına diqqət yetirilməlidir. Çünki, qərənfil yağı da yumşaq toxumaları korlayıcı xüsusiyyətə malikdir.

Siz diş həkiminə müraciət etdikdə, artıq sizin dişiniz həkim tərəfindən keyidiləcək və dişin çürümüş hissəsi təmizlənəcək. Beləcə dişin içərisində meydana gəlmiş iltihablanmanın təzyiqi azalacaq. Daha sonra dişin siniri çıxarılacaq və kanal müalicə olunacaq.  

Milli.Az


Tags:  Diş ağrısı gecə niyə şiddətlənir qurtulaq

RƏYLƏR


Top news