Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Yumurta ağının möcüzəsi

Yumurta ağının möcüzəsi

Date: 20 September 2016 07:57

Evinizdə yanıqlar üçün tətbiq olunan müalicə üsullarına istiliklə və kimyəvi maddələrlə ibarət olan yanıqlar, dəriyə zərər verən və iltihablara səbəb olan yanıqlarında aid olduğu bildirilir. Yanıq dərəcəsi nə olursa olsun mütləq dermatologiya sahəsi üzrə mütəxəssisə və ya plastik cərrahlara müraciət edilməsi lazımdır.

Yüngül ya da orta dərəcəli yanıqlarda ilk olaraq, yara soyuq su ilə yuyulduqdan sonra üzərinə bal ya da yumurta ağı tətbiq olunmağın faydalı olduğu bildirilir.
Yumurta ağının tərkibinin təbii halda 10-11% zülal, selenium, vitamin kompleksləri, mineral duzlar və karbohidratlar olduğu məlumatlarda öz əksini tapıb.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, yumurta ağı, mikroorqanizmlərin törəmələrini çətinləşdirən əhəmiyyətli antimikrobioloji xüsusiyyətlərə malikdir. Yanıq üzərində yumurta ağının 1 saat saxlamağın xeyirli olduğu bildirilir. Məlumatda oda bildirilir ki, çox əhəmiyyətli xüsusiyyətləri sayəsində yumurta ağı, yanıqların yaxşılaşma və iz müalicəsində mükəmməl bir alternativdir. Yanıq meydana gəldikdə, 1 saat yumurta ağının yanıq dərisi üzərində qalması ilə dərinin özünü təkrar bərpa etməsi üçün lazım olan mühiti təmin edir.
Allergik reaksiyaların olmaması baxımından təqib və müalicədə dermatoloq həkimlə məsləhətləşərək verilən kremlərin fasiləli olaraq tətbiq olunması təklif edilir.
Bitkilərdə yüngül yanıqlar üzərində yaxşılaşdırıcı təsirlər vardır. Bir çox krem və pomada istehsalında bu bitkilərin özlərindən istifadə olunur.
Bu müalicələr zamanı əvvəlcə yanığın həkim tərəfindən qiymətləndirilməsi lazımdır. Dərman sənayesində, soğan özü, pələng otu, gicitkən otu, lavanda, hibiskus kimi bir çox bitkinin yanıq müalicəsi üçün dərman istehsalında istifadə edilməsi məlumatlarda öz əksini tapıb.

Milli.Az


Tags:  Yumurta ağının möcüzəsi

RƏYLƏR


Top news