Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Həddən çox C vitamini...

Həddən çox C vitamini...

Date: 20 September 2016 08:17

İsveç alimləri apardıqları tədqiqat nəticəsində belə qənaətə gəliblər ki, həddən çox C vitamini qəbul edilməsi böyrəklərdə daşların yığılması riskini iki dəfə artırır. Karolina institutu tərəfindən aparılmışç elmi tədqiqatlar bunu söyləməyə əsas verir, - "Lenta".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, alimlər öz ehtimallarını sübuta yetirmək üçün indiyə qədər heç bir zaman böyrək daşından əziyyət çəkməmiş 23 355 nəfərin məlumatlarını toplamağa başlayıblar. Onlara nəzarət 11 il ərzində aparılıb.
Məlumatları təhlil etdikdən sonra alimlər tədqiqat iştirakçılarının 436-sının böyrəyində daşlar aşkarlayıb. Məlum olub ki, qida əlavəsi olaraq C vitaminindan istifadə edilməsi böyrək daşının yaranması riskini iki dəfə artırıb. Belə təhlükə ən çox kişilərdə meydana gəlib.

Milli.Az


Tags:  Həddən çox vitamini

RƏYLƏR


Top news