Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sağlam olmaq üçün Əhli-beytdən (ə) tövsiyələr

Sağlam olmaq üçün Əhli-beytdən (ə) tövsiyələr

Date: 20 September 2016 08:37

Xəstəliklərin bir çox amilləri vardır. Ayətullah Cavad Amuli bu amilləri iki hissəyə bölmüşdür: maddi və qeyri-maddi.

Burada maddi amillərə toxunaq.
Həzrət Peyğəmbər (s) buyurur: "Ey Əli! 9 şey yaddaşsızlıq mənbəyidir. Turş alma yemək, keşniş, pendir, siçanın dişlədiyini yemək, qəbirlərin üzərindəki yazıları oxumaq, iki qadının arasında yol getmək...".
Həmçinin buyurur: "Suyu içən zaman soraraq için. Bir dəfəyə başınıza çəkməyin. Çünki böyrəklərin narahatlıq mənbəyi olar".
Həzrət Peyğəmbər (s) buyurur: "Günəş altında əyləşməkdən çəkinin, Çünki paltarı cürüdər, bədəni pis iyli edər və gizli xəstəlikləri aşkar edər".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Həzrətin burada buyurduğu günəş vurmasıdır. Yəni, günəş şüasının insana ziyan vurduğu zaman və məkanlara aiddir.
İmam Əli (ə) buyurur: "O kəs ki, müxtəlif yemək istəklərini qəlbinə əkər, müxtəlif dərdlər meyvəsini toplayar. Həyatı yemək üçün istəmə, yeməyi həyat üçün istə".
Həmçinin buyurur: "Nə zaman ət alsan, onun vəzilərini çıxardın".
İmam Sadiq (ə) buyurur: "Duzlanmış və günəşdə qurudulmuş əti yemək bədəni məhv edər". Həmçinin onu tez qocalmanın amili kimi tanıtmışdır.
Həzrət (ə) həmçinin buyurur: "Üç şey bədəni əldən salar, hətta çox vaxt ölümünə səbəb olar. Dolu qarınla hamama daxil olmaq...".
Həmçinin nəql edilir: "Hər kim yeməyi çox yeyərsə, bədəni xəstə olar və qəlbi daşlaşar".
İmam Sadiq (ə) buyurur: "Üç şeyi davamlı yemək insanı arıqladar: yumurta, balıq və xurma qönçəsi".
İmam Sadiq (ə) buyurur: "Hamamda saçları daramaq saçları zəif edər".
İmam Rza (ə) buyurur: "O kəs ki, mədəsindən azar görmək istəmirsə, yeməyin üstündən su içməsin. Hər kim belə edərsə, bədəni rütubətli və mədəsi zəif olar".
Həmçinin Həzrət (ə) buyurur: "Yumurtanı balıq ilə yemək diş ağrısı, qulunc, podaqra xəstəliyi gətirər".
İmam Rza (ə) yenə buyurur: "Əti bişməmiş yemək qarında qurd yaradar".

Milli.Az


Tags:  Sağlam olmaq Əhli-beytdən tövsiyələr

RƏYLƏR


Top news