Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Pendirli "bomba"lar

Pendirli "bomba"lar

Date: 21 September 2016 07:05

Milli.Az pendirli "bomba"ların hazırlanma qaydasını təqdim edir

Mətbəx sirləri: "Baunti" pirojnası

Tərkibi: 

mayasız qat-qat xəmir
120 q çedder pendiri (başqa bərk pendir də olar)
3 x.q. yumşaldılmış kərə yağı
1 diş sarımsaq
1/3 fincan parmezan pendiri
2 ç.q. qurudulmuş cəfəri

Sobanı 190 dərəcə qızdırın. 

Xəmiri yayıb stəkanın köməyilə dairələr kəsin. 

Hər dairənin ortasına pendir dilimi qoyun. Xəmiri ətrafına dolayıb hərtərəfli bükün, bitişdirin. Əlinizlə kürə forması verin. 

Kərə yağını xırdalanmış sarımsaqla qarışdırıb mikrodalğalı sobada, yaxud su hamamında əridin. 

Ayrı qabda parmezanla cəfəri qurusunu qarışdırın. 

Hər bir kürəni yağlı qarışığa, sonra isə cəfəri ilə pendir qarışığına batırın. 

Perqament döşənmiş siniyə düzün. 10-12 dəqiqə, xəmir şişib qızaranadək bişirin.

Nuş olsun!

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 


Tags:  Pendirli bombalar

RƏYLƏR


Top news