Məşhur aktyorlar, Hollivud ulduzları Bred Pitt və Ancelina Coli boşanırlar.
Boşanmanın təşəbbüskarı A.Colidir.
Aktrisa ərinin valideynlik vəzifəsinin öhdəsindən necə gəlməsindən narazıdır. A.Coli məhkəməyə ünvanladığı ərizədə 6 övladının onun yanında saxlanmasını, Pittə isə yalnız istirahət günü övladlarına baş çəkmək hüququnun verilməsini istəyir.
Boşanmanın digər səbəbinin Bred Pitt ilə fransız aktrisa Marion Kotiyar arasındaı "eşq" olduğu vurğulanır.
41 yaşlı Coli və 52 yaşlı Pitt 3 uşağı övladlığa götürüblər. Həmin uşaqlar kambocalı Meddoks, vyetnamlı Paks və efiopiyalı Zaharadır. Pittlə Colinin doğma övladları isə Şaylo adlı qız, Noks və Vivyen adlı əkizlərdir.
2005-ci ildə birlikdə yaşamağa başlayan cütlük 2014-cü ilin avqustunda rəsmi nikaha girib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, Ancelina Colinin dediyinə görə, Bred Pitt onların övladlarına çox pis təsir edir. Coli ərini narkotik maddələr qəbul etməkdə, spirtli içkilər içməkdə və məişət zorakılığında suçlayıb.
Aktrisanın vəkili isə bəyan edib: "Ancelina Colinin boşanma ilə bağlı qərarı yalnız ailə qayğısı ilə bağlıdır. Hansısa xəyanətdən söhbət getmir. Ancelina Coli övladları üzərində tam himayə istəyir, amma Pittin bu uşaqlara baş çəkməsinə etiraz etmir".
New York Magazine iddia edir ki, Ancelina Colinin boşanma istəyinin səbəbi Bred Pittin bir filmdə çəkildiyi fransız aktrisa Marion Kotiyara olan eşqi, aktyorun Ancelinanın atası Con Voytla dost münasibətləri və Bredin rus fahişələrlə "macəra"sıdır.
Ancelina Colinin atası Con Voytla münasibətləri çox pisdir.
Bred Pitt isə arvadının boşanma istəyindən çox narazıdır.
Aktyorun dostları deyiblər: "O, çılğına dönüb. Ancelina Coli hər şeyi tərsinə çevirərək yalan danışır, Pitti hər şeydə suçlayır. Ancelina deyir ki, guya Bred pis atadır, nəşə çəkir, spirtli içkilər içir, evdə dava salır".
Bir neçə gün əvvəl Bred Pitt arvadına müraciət edərək "boşanma prosesindən normal, adekvat insanlar kimi keçməyi" və "uşaqların rifahı naminə məsələni ictimailəşdirməməyi" istəyib.
Bred Pitt uşaqlarını düşündüyünü, Ancelina Colinin açsıqlamasından sonra paparassilərin təzə fotolara görə yaxşı pullar üçün onların ailəsini üçqat enerji ilə izləyəcəklərini deyib.
"Ancelina cəhənnəmin qapısını açdı", - söyləyib.
Bred Pitt və Ancelina Colinin Hollivuddakı malikanələrinin ətrafını fotoqraflar sarıblar.
Milli.Az













































































