Gəncə sakini zəhərlənərək öldü

Gəncə sakini zəhərlənərək öldü
11:57 5 Yanvar 2015
75 Digər
Ölkə mətbuatı
A- A+

Gəncə şəhər sakini Göygöldə dəm qazından zəhərlənərək ölüb
APA-nın verdiyi məlumata görə, Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Kəmalə Quliyeva yaşadığı evin vanna otağında olarkən su qızdırıcısında yaranan nasazlıq zamanı içəriyə dolan dəm qazından zəhərlənib.

Qadının əmisi oğlu Rəfael Quliyev onu dərhal Göygöl Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, 51 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/317272.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR