Əmək yarmarkalarında boş iş yerlərinə göndəriş verilənlərin 80%-dən çoxu münasib işlə təmin olunub

12:02 5 Yanvar 2015
122 Digər
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 11:59 ]

Bakı. Aynur Əliyeva - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işaxtaran və işsiz vətəndaşların münasib işlərlə təminatı məqsədilə ötən il ölkəmizin bölgələrində 60 Əmək yarmarkası keçirilib.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumatda bildirilir ki, qeyd olunan aktiv məşğulluq tədbirlərində ümumilikdə 5 753 nəfər vətəndaşa  boş iş yerlərinə göndəriş verilib. Onlardan 84,09%-i göndərişlər əsasında münasib iş yerləri ilə təmin edilib. Əmək yarmarkaları zamanı peşə və ixtisası olmadığına görə münasib iş seçməkdə çətinlik  çəkən,  yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan 396 nəfər əmək bazarının tələblərinə uyğun peşə hazırlığına cəlb olunub. Tədbirlər zamanı 204 nəfər ödənişli ictimai işlərə göndərilib.

 

2014-cü il ərzində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərindəki  ali təhsil müəssisələrində məzun və tələbələrin əmək bazarına inteqrasiyası məqsədilə 10 aktiv məşğulluq tədbiri keçirilib. “Karyerada ilk addım” devizi altında keçirilən həmin tədbirlər nəticəsində 185 nəfər münasib işlə təmin edilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367996

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR