Polis bayramda 100 sürücünü "sevindirdi" - FOTO

Polis bayramda 100 sürücünü "sevindirdi" - FOTO
12:05 5 Yanvar 2015
264 Sosial
Ölkə mətbuatı
A- A+

Şəmkirdə bayram günlərində 100-dən artıq sürücü inzibati qaydada cərimələnib

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, Şəmkirdə yol polisi bayramı iş başında keçirib. Şəmkir Rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları bayram günlərində müxtəlif ərazilərdə reydlər təşkil edib. Yol polisləri 4 gün ərzində 100-dən çox inzibati protokol yazıblar.

10 sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilib.

Avtomobillərin və piyadaların təhlükəsiz hərəkətini təmin etmək üçün Şəmkir Rayon Dövlət Yol Polisi bölməsinin əməkdaşları bayram günlərində gücləndirilmiş iş rejimində çalışıb. Reyd zamanı bəzi sürücülər yol polisinin tələbinə məhəl qoymayıblar.

Yol polisləri bu dəfə də əsasən sərxoş və sənədsiz sürücüləri hədəf seçiblər. Əksər hallarda isə sərxoş sürücülər həkim müayinəsinin nəticəsi ilə razılaşmaq istəməyiblər.
Ümumilikdə 4 gün ərzində Şəmkir rayonu ərazisində 100-dən artıq sürücüyə inzibati protokol yazılıb ki, onların da 10-u sərxoşluqla bağlı olub.

Eldar Həsənov - Şəmkir Rayon DYP bölməsinin rəisi: “Bayramla əlaqədar rayonun müxtəlif ərazilərində reydlər keçirilir. Reydləri keçirməkdə məqsədimiz baş verə biləcək yol nəqliyyat hadisələrinin qarşısını almaqdır. Onu da əlavə edim ki, son 4 gün ərzində xidməti ərazimizdə heç bir ağır yol qəza hadisəsi baş verməyib”.

Reydlər zamanı avtomobilin konstruksiyasına dəyişiklik edən, qanunla qadağan edilən pərdə və plyonkadan istifadə edən xeyli sayda sürücünün avtomobili cərimə meydançasına aparılıb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317273.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR