Avqustun 7-də İstanbulun Yenikapı ərazisində keçirilən "Demokratiya və şəhidlər" adlı mitinqi "şou" adlandırandan sonra ölkəsində bir növ düşmən elan olunan müğənni Sıla sentyabrın 30-da və oktyabrın1-də İzmir Fuar Açıq Hava Teatrında konsert verəcək.
Qafqazinfo-nun "Posta"ya istinadən verdiyi məlumata görə, sənətçinin iki konsertinin bütün biletləri artıq satılıb.
Xatırladaq ki, Sılanın məlum açıqlamasından sonra İstanbul, Bursa, Ankara və Bodrumda verəcəyi konsertlər ləğv edilmişdi.
Milli.Az