Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Zərdabda vətəndaşları qəbul edəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Zərdabda vətəndaşları qəbul edəcək
10:02 22 Sentyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 sentyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov sentyabrın 30-da Zərdab rayonunda vətəndaş qəbulu keçirəcək.
Bu barədə "Report"a komitənin mətbuat xidmətindən bildirilib. 
Məlumata görə, vətəndaş qəbulu saat 11:00-da Zərdab şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutacaq. Qəbulda yalnız Zərdab, Ucar, Göyçay və Kürdəmir rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. 
K.Həsənovun qəbuluna düşmək istəyən vətəndaşlar komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya bu nömrələrlə - (012) 490 24 08 (daxili 105 və 349) əlaqə saxlaya bilərlər. 

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/emlak-meseleleri-dovlet-komitesinin-sedri-zerdabda-vetendaslari-qebul-edecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR