Sabirabad “ASAN Xidmət” mərkəzi fəaliyyətə başlayıb

12:07 5 Yanvar 2015
139 Digər
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 12:02 ]

Bakı. Könül Kamilqızı – APA. Bu gündən etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Sabirabad “ASAN Xidmət” mərkəzi fəaliyyətə başlayıb. Dövlət Agentliyindən APA-ya verilən xəbərə görə, Sabirabad “ASAN Xidmət” mərkəzi Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Şirvan, Salyan və Beyləqan rayonlarında qeydiyyatda olan və ümumi sayı 900 minə yaxın vətəndaşa xidmət göstərir.

 

Hazırda 7 “ASAN Xidmət” mərkəzi mövcuddur. Onlardan 4-ü paytaxt Bakı şəhərində, digər 3-ü isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə və Sabirabad şəhərlərində yerləşir. “ASAN Xidmət” mərkəzlərinin fəaliyyəti ilə əlaqədar məlumatı 108 “Çağrı” mərkəzinə zəng etməklə əldə etmək olar.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367995

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR