Şəki yollarında 13 nəfər ölüb

12:22 5 Yanvar 2015
111 Digər
Ölkə mətbuatı
A- A+

Yola saldığımız 2014-cü il bir çox hadisələr, qəzalarla yadda qaldı. Bu qəzalar bir çox insanın həyatına son qoydu, bir çox ailələr gözüyaşlı qaldı. Statistika da ürəkaçan deyil.

Milli.Az Kanal S-ə istinadən bildirir ki, 2013-cü ilə nisbətən ötən il baş verən qəzalarda ölənlərin sayında artım var. Ümumiyyətlə, ötən il 100-dən çox qəza baş verib, ölüm və xəsarətlərlə nəticələnən qəzaların sayı isə 30 olub.

2014-cü il ərzində Şəkidə 30 yol nəqliyyat hadisəsi baş verib. Bu qəzalarda 13 nəfər dünyasını dəyişib. Bunlardan biri azyaşlı uşaq, biri qadın, digərləri isə kişi olub. Ümumiyyətlə isə qəzalarda 38 nəfər xəsarət alıb. Ötən il qəzaların 80 faizi ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi səbəbindən baş verib. Qəzalar müxtəlif ərazilərdə qeydə alınıb. Ancaq Şəki-Qax magistralı belə hadisələrin ən çox baş verdiyi ərazi kimi yadda qalıb. Bu qəzaları törədən sürücülərin bir çoxu yola nabələd olub. Ötən il ərzində yol hərəkəti qaydalarının pozulmasına görə 5531 protokol tərtib olunub. Halbuki bu rəqəm 2013-cü ildə 4817 olub. Bu isə qayda pozuntularının artdığını göstərir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/317284.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR