Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nektarin və alma ilə bişirilmiş ördək budu

Nektarin və alma ilə bişirilmiş ördək budu

Date: 26 September 2016 07:05

Milli.Az nektarin və alma ilə ördək budunun hazırlanma qaydasını təqdim edir

Tərkibi (3 pay): 

6 ördək budu
6 nektarin 
6 göy alma
təzə kəklikotu
təzə rozmarin
2 x.q. limon şirəsi
2 x.q. bitki yağı
duz
qara istiot
 
Ördək budlarını yuyub kağız salfetlə qurulayın.  Buddibi ilə budu ayırmaq, ya da bütöv bişirmək olar.
Duz-istiot, kəklikotu və rozmarin vurun. 
Limon şirəsini bitki yağı ilə çalın, budların üzərinə çəkib 2 saat (hətta 1 gecə) saxlayın. 
Nektarinlə almaları yuyub qurulayın. Nektarinləri 2, almaları 4 yerə bölüb dənələri ilə cecəyini çıxarın. 
Formanı bitki yağı ilə yağlayıb marinadda saxladığınız budları düzün. Aralarına meyvələri yerləşdirin.  Üzərini folqa ilə kip bağlayıb 200 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin. Sonra folqanı çıxarıb sobanın üst qrilini qoşun və 10 dəqiqə, üzəri qızarınca bişirin.  

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 


Tags:  Nektarin alma bişirilmiş ördək budu

RƏYLƏR


Top news