Bayram günlərində 14 nəfər dəm qazından zəhərlənmə ilə bağlı Klinik Tibbi Mərkəzə müraciət edib

12:37 5 Yanvar 2015
94 Digər
Ölkə mətbuatı
A- A+

[ 05 Yanvar 2015 12:36 ]

Dərmanların allergik reaksiyası nəticəsində 4 uşaq zərər görüb

Bakı. Könül Kamilqızı - APA. Bayram günlərində (31 dekabr, 1-4 yanvar tarixlərində)  Azərbaycanda 14 nəfər dəm qazından zəhərlənmə ilə bağlı Klinik Tibbi Mərkəzə müraciət edib.

 

Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, onlardan 8-i xəstəxanaya yerləşdirilib, qalanları evə buraxılıb.

Son 5 gündə spirtli içkilərdən zəhərlənmə ilə bağlı mərkəzə daxil olan 6 şəxsdən 2-si xəstəxanaya qəbul edilib.

Bayram günlərində Azərbaycanda dərmanların allergik reaksiyası nəticəsində 4 uşaq zərər görüb. Onlardan 2-si vitamin, 2-si isə antibiotiklərlə bağlı olub. Həmin uşaqlarda zəhərlənmə baş verməyib, sadəcə onlara ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368006

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR