“İlin futbolçusu” məşqə niyə qanlı köynəkdə gəlibmiş? - TARİXÇƏ

“İlin futbolçusu” məşqə niyə qanlı köynəkdə gəlibmiş? - TARİXÇƏ
12:44 5 Yanvar 2015
227 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ”ın uğurlarında əsas pay sahiblərindən biri olan və bu uğurların qarşılığında da ilin futbolçusu seçilən Qara Qarayev haqqında ilk məşqçisi Elnur Zeynalov maraqlı xatirələrini bölüşüb.


Lent.az-ın məlumatına görə, Elnur Zeynalov “Futbol+” qəzetinə müsahibəsində bildirib ki, Qara Qarayev gənc yaşlarında futbol oynamaqla bərabər qəssab olan atasına da tez-tez kömək edirmiş:

“Deməli, “Qarabağ”ın aşağı yaş qruplarında oynadığı vaxtlardı. Uzun müddətdən sonra türk məşqçilər Qaranın adını “18-liy”ə daxil edib. Oyun günü hamı bir nəfər kimi saat 1-də yığışmalıymış. Məşqçilər elə qaydalar tərtib etmişdi ki, deyilən vaxtdan bir dəqiqə gec gələn futbolçunu komandadan uzaqlaşdırırdılar. Həmin gün Qara bazaya gələndə yolda atası zəng vurub ki, get “Nizami”yə yaxın qohum var, onların qoyununu kəs. Atası qəssab olduğundan oğulları da qoyun kəsməyi bacarırmış. Qara bazaya gecikdiyini əsas gətirərək, qoyunu axşam kəsə biləcəyini desə də, atası əl çəkməyib, “mütləq indi gedib kəsməlisən” deyib. Onun da elə xasiyyəti var ki, hər şeydən keçər, valideynin sözünü yerə salmaz. Tez-tələsik gedib qoyunu kəsib, qanlı paltarını dəyişmədən üstünə gödəkcə geyib oturub taksiyə. Orda ona verilən pulu da verib taksiyə. 12:58-də özünü “Ruslan-93”ə çatdırb. Üz-göz tər içində , üst-başı qanlı girib bazaya. Həmin oyunda bir qol vurmuş, bir də məhsuldar ötürmə vermişdi”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189408

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR