Amerikanın "Chevron" neft şirkətinə aid vertolyot Anqola sahillərində qəzaya düşüb.

Milli.Az qafqazinfo-ya istinadən bildirir ki, qəza nəticəsində 4 nəfər ölüb, iki nəfər isə itkin düşüb.

Vertolyot Tombua-Landana neft platformasına yola düşüb. Göyərtəsində ümumilikdə 5 sərnişin və bir pilot olub.

Hazırda itkin düşənlərin axtarışı davam etdirilir. Əməliyyata 19 gəmi və 3 vertolyot cəlb edilib.

Milli.Az