Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Şəkər xəstələrinə pəhriz tövsiyələri

Şəkər xəstələrinə pəhriz tövsiyələri

Date: 29 September 2016 07:12

Bu xəstəliyi olanlar üçün ən yaxşı qida maddələrindən biri yeralmasıdır. Vəzəri, xiyar işlətmək də faydalı vasitələrdir. Bundan əlavə, qoz, fındıq və püstə şəkər xəstələri üçün xeyirli hesab edilir.

Xəstələrin şəkərə olan ehtiyacını təmin etmək üçün, şəkər əvəzinə təbii bal işlətmək daha münasibdir. Belə xəstələr səhərlər acqarına 40 gün ərzində gündə 30qr abqora içsələr, onların şəkəri aşağı düşər.

Çayı tut qurusu ilə içmək, qatıq, qurut kimi qida maddələri işlətmək də məsləhət görülür.

Şəkər xəstələri şabalıd, çuğundur, kök, şalğam, banan, yemiş, xurma işlətməkdən çəkinməlidirlər.

Susuzluq aradan qaldırmanın yolu

Milli.Az deyerler.org-a istinadən bildirir ki, diabet xəstəliklərinin əsas problemi susuzluqdur. Xüsusilə soyuqdəymə hallarında, bədən üzvlərinin iltihablaşmasında daha çox susuzluq yaranır. Bu zaman ən sadə və çox işlənən vasitələrdən biri limon şərbətidir. Quşüzümü şərbəti də bu baxımdan faydalıdır. Onun şirəsinə şəkər qatmaqla bir qədər şirinləşdirib istifadə etmək də faydalıdır. Qızdırma olduqda bu şərbətə daha çox ehtiyac duyulur. Xiyar və kahı, suda bişirilmiş qabaq tumunun şirəsini susuzluq üçün istifadə etmək məsləhət görülür.

Meyvələrdən hansılar suszluğu yatırdır?

Yemiş və qarpızda çox su olduğundan, onlar da susuzluq hallarında olduqca faydalıdır. Qara tut, armud, xoşməzə sulu heyva, susuzluğu yatırmaqda sınanmış meyvələrdən hesab edilir. Heyva şirəsi daha yaxşıdır. Bu zaman təsirli vasitələrdən biri də portağal və ya naringidən hazırlanmış çox şirin olmayan şərbətdir.

Sınanmış və özünü doğrultmuş içəcəklərdən biri də ayrandır.

Milli.Az


Tags:  Şəkər xəstələrinə pəhriz tövsiyələri

RƏYLƏR


Top news