İlin ilk günü oğurluq edən gənclər növbəti illərini həbsxanada keçirəcəklər

İlin ilk günü oğurluq edən gənclər növbəti illərini həbsxanada keçirəcəklər
12:52 5 Yanvar 2015
102 Digər
Ölkə mətbuatı
A- A+

Yeni ilin ilk günü Bakıda mağazadan oğurluq edən dəstənin 5 nəfərdən ibarət üzvləri tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 1-də axşam saatlarında T.Bədəlov küçəsində Bakı şəhər sakini Ramiz Salmanova məxsus mağazanın şüşəsini sındırmaqla spirtli içkilər, tütün məmulatları və müxtəlif istehlak malları oğurlanıb.

Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, Bakı şəhər sakinləri - 1997-ci il təvəllüdlü Hüseyin Məlikov, 1993-cü il təvəllüdlü Vüqar İsmayılov, 1991-ci il təvəllüdlü Rəşad Behbudov, qardaşı, 1994-cu il təvəllüdlü Elşad Behbudov və 1990-cı il təvəllüdlü Şükür Novruzov tutulublar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/317285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR