Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 16 dərəcəyə yüksələcək

13:08 5 Yanvar 2015
114 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 5 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanın bəzi ərazilərində havanın temperaturu 16 dərəcəyə yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Porqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, yanvarın 6-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək.

Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək.

Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 3-5, gündüz 8-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq. Cənub-qərb küləyi əsəcək, əsasən, dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 11-16 dərəcə isti olacaq. Dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti gözlənilir.

G.Məmmədova deyib ki, yaxın iki gün ərzində ölkə ərazisində hava şəraitində dəyişiklik olacağı gözlənilmir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2349864.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR