Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
19:07 1 Oktyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Salyan. 1 oktyabr. REPORT.AZ/ Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Şorsulu kəndində qeydə alınıb. Belə ki, Şorsulu kənd sakini Rafət Əzizov idarə etdiyi “KaMAZ” markalı yük maşını ilə həmkəndlisi, 42 yaşlı Mətləb Fəxrəddin oğlu Zeynalovu vurub.
Nəticədə piyada müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. Yaralı dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilk tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Lakin Mətləb Zeynalovun vəziyyəti ağır olduğundan o, bu gün Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.   

Xəbərin orijinal ünvanı: http://report.az/hadise/salyanda-piyadanin-xesaret-almasi-ile-neticelenen-yol-qezasi-bas-verib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR