Topaz Premyar Liqasının VII turu çərçivəsində növbəti oyun keçirilib. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan AZAL "Sumqayıt"ın qonağı olub.
1:1 hesabı ilə başa çatan matçdan sonra qonaqların baş məşqçisi Tərlan Əhmədov görüşle bağlı fikirlərini bölüşüb:"Açığı, ilk hissədə daha yaxşı oynadıq. Yekunda heç-heçə oldu. Bir xal da bir xaldı. Futbolçularıma təşəkkür edirəm. Mən istədiyim oyunu göstərdilər. Qarşıda fasilə var. Çalışacağıq yoxlama oyunlarında durumumuzu düzəldək".
Fanat.Az