Topaz Premyer Liqasının VII turu çərçivəsində keçrilən "Sumqayıt" - AZAL matçı 1:1 hesabı ilə başa çatıb. Fanat.Az xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Samir Abbasov fikirlərini bildirib:
- Oyunu iki hissəyə bölsək, qazandığımız 1 xal qənimətdi. İlk hissədə çox pis oynadıq. Nədəndisə, artıq neçənci oyundu ki, ilk dəqiqələrdən qol buraxırıq. Yaxşı olan odu ki, sonradan toparlana bilrik. Yavaş-yavaş irəliləyirik. Sürünə-sürünə, çabalaya-çabalaya olsa da.
- "Neftçi" ilə oyundakı qalib heyəti niyə dəyişdiniz?
- Kim necə edir bilmirəm, mən dəyişirəm. Narazı olduğum oyunçunu dəyişirəm. Biz optimal heyət axtarışındayıq.
- Mirabdulla Abbasov niyə ehtiyatda saxlamışdınız?
- Düşündüm ki, Amil Yunanov bu oyunda daha effekti olar.
- "Neftçi" ilə oyunda yaxşı oynadız. Bu gün niyə alınmadı?
- Çox maraqlı sindrom var - biz öz gücümüzə uyğun rəqiblərlə çətinlik çəkirik. Keçən mövsüm də belə olub, indi də elədi.
Fanat.Az