Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Hindistan telekanallarının yayımı yasaqlandı

Hindistan telekanallarının yayımı yasaqlandı

Date: 1 October 2016 19:42

Pakistanın elektron KİV-lərin fəaliyyətini tənzimləyən orqanı (Pakistan Electronic Media Regulatory Authority, PEMRA) oktyabrın 1-də ölkə ərazisində Hindistan informasiya kanallarının "qanunsuz" yayımını tam qadağan edən qərar verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, qərar oktyabrın 15-dən qüvvəyə minəcək. Qadağaya məhəl qoymayaraq yayımı davam etdirən kabel televiziya kompaniyalarına qarşı sərt tədbirlər görüləcək.

Bir qədər əvvəl Pakistandakı kinoteatrlar Hindistanın ölkə ərazisindəki 7 rayona zərbələr endirməsi nəticəsində iki pakistanlı hərbçinin ölümünə cavab olaraq hind filmlərini yayımlamaqdan imtina etdiyini bildirmişdi.

Qeyd edək ki, yaraqlıların Kəşmirdə yerləşən hərbi hissəyə hücumundan sonra iki ölkə arasında gərginlik artmağa başlayıb. Həmin hadisə nəticəsində Hindistan ordusunun 18 hərbçisi həlak olmuşdu. Nyu-Deli yaraqlıların Pakistan ərazisindən gəldiyini iddia etsə də, İslamabad insidentlə əlaqəsinin olmadığını bildirib.

Milli.Az


Tags:  Hindistan telekanallarının yayımı yasaqlandı

RƏYLƏR


Top news