Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Sümük-əzələ ağrılarının səbəbi müəyyənləşdirilib

Sümük-əzələ ağrılarının səbəbi müəyyənləşdirilib

Date: 1 October 2016 19:42

Böyük Britaniyanın Mançester Universitetinin alimləri sümük-əzələ ağrılarının D vitamininin çatışmazlığı səbəbindən baş verdiyini sübut ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, mütəxəssislər 2 min 300 nəfəri təcrübəyə cəlb ediblər. Tədqiqatçılar belə bir qənaətə gəliblər ki, fiziki cəhətdən fəal olmayan və psixoloji pozğunluğu olan insanlarda xroniki ağrılara D vitamini çatışmazlığından yaranır. Əvvəllər həkimlər sümük-əzələ ağrılarının radikulit üzündən baş verdiyini hesab edirdilər. Həkimlərin fikrincə, orqanizmdə D vitamininin kifayət qədər olmaması sümüklərin yumşalmasına gətirib çıxarır. Belə hallarda tədqiqatçılar günəş vannası qəbul etməyi məsləhət görürlər.

Milli.Az


Tags:  Sümük-əzələ ağrılarının səbəbi müəyyənləşdirilib

RƏYLƏR


Top news