Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 1 Oktyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 1 Oktyabr

Date: 1 October 2016 19:54

GÜNÜN ŞƏRHİ

Bu audioyazının mətbuata sızması və ya bilərəkdən sızdırılması mübahisəlidir. Məsələnin başqa tərəfi isə bir gerçəklikdir. ABŞ-da Obama administrasiyasının müddəti bitir.

 

Bir vaxtlar Suriya ilə bağlı qətiyyətli və kəskin bəyanatlar verən Ağ Ev sahibinin son zamanlar belə açıqlamalardan yayındığı müşahidə olunur. Bu mövzularda daha çox dövlət katibi aktiv görünür. Kerrinin mətbuata sızan və ya bayaq dediyim kimi, sızdırılma ehtimalı yüksək olan bu fikirləri isə diplomatın da artıq bu məsələdən yorulduğunu nümayiş etdirir.

 

Amma bəzi məqamlar diqqət çəkir. Kerri dolayısı ilə Suriya məsələsində prezidentlə eyni fikirdə olmadığını vurğulayır. Xüsusilə Barak Obamanın Bəşər Əsədin istefaya getməli olduğu tələbi ilə. Kerri demək istəyir ki, o, hərbi güc tətbiqinin deyil, əksinə, münaqişənin həlli istiqamətində daha çox diplomatik səylərin artırılmasının tərəfdarı olub. Və indi bölgədə yaranan çıxılmaz vəziyyətin məsuliyyətini üzərindən atır.

 

Tarix isə heç nəyi unutmur və bağışlamır. Suriya faciəsinin hələ çox səbəbkarı etiraflar edəcək, özünü təmizə çıxarmağa çalışacaq. Unudulmamalı bir məqam da var. Suriyada illərlə axan günahsız qanın baiskarlarından biri məhz hazırda "çemodan əhval-ruhiyyəsi"ndə olan ABŞ siyasətçiləridir...


Tags:  Nəsimi Nəbizadə Ana xəbər bloku Oktyabr


RƏYLƏR


Top news