Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Üç övlad anası ulduz falına görə toyunu təxirə saldı - FOTO

Üç övlad anası ulduz falına görə toyunu təxirə saldı - FOTO

Date: 1 October 2016 20:05

Üç övlad anası, 28 yaşlı Layza Manso ulduz falına baxaraq toy gününün əlverişsiz, uğursuz günə təsadüf etdiyini görəndən sonra fikrini dəyişib, toyu təxirə salıb.

Milli.Az The Sun-a istinadən bildirir ki, toya hazırlığa 10 min dollar xərclənsə də, Manso inad edib və fikrindən dönməyib.

İngiltərənin Çeşir qraflığındakı Qayd şəhərində yaşayan Layza deyib: "Ekstrasens yanına gedib toyumla bağlı məsləhət istədim. Ekstrasens də ulduz falıma baxtı, toyumu planlaşdırdığım günün uğursuz, nəs olduğunu dedi. Bu, taledir və mən də toyu təxirə saldım".

Onun sözlərinə görə, Maykla tanış olanda 13 yaşı vardı. Lakin sonralar tale onları ayrı salıb, hər ikisi ailə qurub, boşanıblar.

İndi üç övlad anası Layza sevdiyi Mayklla bir araya gəlməyə, ona ərə getməyə hazırlaşır.

Layzanın övladları - 11 yaşlı Liya, 10 yyaşlı Ceyd və 8 yaşlı Eşli də toyu gözləyirlər.

Milli.Az









Tags:  övlad anası ulduz falına toyunu təxirə saldı FOTO

RƏYLƏR


Top news