Hansı qidalarda enerji daha çoxdur?

Hansı qidalarda enerji daha çoxdur?
20:47 1 Oktyabr 2016
191 Ölkə
Ölkə mətbuatı
A- A+

Əgər təsəvvür edirsinizsə ki, lazımınca qida qəbul etmədən ayaqda dura biləcəksiniz, səhv edirsiniz. Ancaq hansı şeyləri yesəniz, daha çox enerji toplayarsınız?

Yəqin ki, çoxlarınız dərs arası, iclasların fasiləsində hiss etmisiniz ki, gözləriniz ağırlaşıb və çətin açılır. Ancaq öz-özünüzə deyirsiniz ki, qoy indi yorulum ki, gecəni də rahat yata bilim. Lakin bu, səhv fikirdir. Enerjinizi artırmaq üçün lazımlı qidalanmaq lazımdır. Siz qidanı qəbul edən zaman hüceyrələr enerji istehsal etməyə başlayacaq, müqavimətiniz artacaqdır.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, ağ un, ağ şəkər tozu elə qidalardır ki, xüsusi rola malikdirlər. Bundan başqa, bədənə vitamin də lazımdır ki, bədənin itirdiyi enerjini geri qaytarsın. Ən yaxşı nahar - tərəvəzdən hazırlanmış şorbadır ki, onun tərkibində çoxlu miqdarda vitamin vardır.(Tebyan saytına istinadən)
Çətənə.
Təsəvvür etməyin ki, çətənəni yeyən kimi təyyarı kimi uçacaqsınız. Ancaq bu çətənə fövqəladə təsirə malikdir. Çətənəni üyüdülmüş halda və ya dənə kimi qəbul edə bilərsiniz. Bu dənələr çox tez həzm olur. Bədən onun həzmi üçün enerji sərf etmir. Onun vasitəsilə bədəninizin enerjisini təmin edə bilərsiniz.
Brokkoli.
Brokkolinin tərkibində B vitamini vardır. Bədəndə olan yağlar bu vitaminin köməyi ilə enerjiyə çevrilər.
Xurma.
Xurmanın tərkibində çox sayda şəkər vardır. Əgər idmançısınızsa, xurma sizin üçün yaxşı enerji mənbəyi ola bilər. Ona görə də mütəxəssislər idmançılara həm idmandan əvvəl və həm də sonra xurma qəbul etməyi tövsiyə edirlər.
Yaşıl çay.
Mütəxəssislər bu fikirdədirlər ki, yaşıl çay qəhvə kimi güclü bir içəcəkdir. Ancaq enerjini aradan aparmır. Yaşıl çay yavaş-yavaş enerjini təmin edər. Bu təkcə onun tərkibindəki kofeinin səviyyəsinə görə deyildir. Bu çay nəinki idmandan əvvəl təsiredicidir, bəlkə insanın əhvalını da yaxşılaşdırır. Yaxşı olar ki, qəhvənin yerinə yaşıl çay qəbul edəsiniz.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/474833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR