Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Boyunuzu yerə soxum!" - “Neftçi” azarkeşlərindən etiraz - FOTO

"Boyunuzu yerə soxum!" - “Neftçi” azarkeşlərindən etiraz - FOTO

Date: 1 October 2016 20:52

Azərbaaycan Premyer Liqasının VII turu çərçivəsində hazırda keçirilən "Neftçi" - "Kəpəz" matçı ev sahiblərinin azarkeşlərinin etirazı ilə start götürüb. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, "ağ-qaralar"ın bir qrup fanatı hələ matç başlamamışdan "Neftçi"nin futbolçularının əleyhinə şüarlar səsləndiriblər.
 
Bu şüarlar komandalar meydana daxil olandan sonra da davam edib. Onlar əvvəlcə "Masazır yaxın gəlir, gedin, gedin Dubaya" şüarını səsləndirərək, klub rəhbərliyinin ünvanına söz atıblar. Fanatlar bununla "Neftçi"nin ev oyunlarının Masazırda yerləşən "Əlincə Arena"da keçirilməsinə etirazlarını bildiriblər.
 
Daha sonra azarkeşlər "Boyunuzu yerə soxum" şüarını səsləndirməklə, futbolçuların çıxışından narazı qaldıqlarına işarə ediblər.
 
Qeyd edək ki, ilk hissəsi oynanılan matçda hələ ki, hesab açılmayıb.

Milli.Az





Tags:  Boyunuzu yerə soxum Neftçi azarkeşlərindən etiraz FOTO

RƏYLƏR


Top news