Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Papa Bakıya gəlir - polis hazırlığa başladı

Papa Bakıya gəlir - polis hazırlığa başladı

Date: 1 October 2016 21:05

Roma Papası II Françaisin Azərbaycana sabah baş tutacaq səfəri ilə bağlı yüksək səviyyədə təhlükəsizlik tədbirləri həyata keçiriləcək.
Milli.Az fins.az-a istinadən bildirir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi məlumat verib.
Papanın səfəri ilə bağlı təhlükəsizlik tədbirlərinə əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları rəhbərlik etsələr də, prosesə əlavə polis qüvvələri də cəlb olunacaq. Bu, ən üst dərəcəli təhlükəsizlik tədbiri olacaq. Bir günlük səfər zamanı Papanın gedəcəyi məkanlar nəzarət altında saxlanılacaq, müəyyən yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Qeyd edək ki, səfəri zamanı Azərbaycan prezidenti və dini liderlərlə görüşlər planlaşdırılır.
Milli.Az


Tags:  Papa Bakıya gəlir polis hazırlığa başladı

RƏYLƏR


Top news