Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

"Sürünə-sürünə olsa da..." - Samir Abasov

"Sürünə-sürünə olsa da..." - Samir Abasov

Date: 1 October 2016 21:05

Azərbaycan Premyer Liqasının VII turu çərçivəsində baş tutan "Sumqayıt" - AZAL oyunu 1-1 hesablı bərabərliklə başa çatıb.

Milli.Az futbol11.az-a istinadən bildirir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Samir Abasov fikirlərini bildirib:
 
"Oyunun sonunda qazandığımız xal qənimətdi. Birinci hissədə bərbad oynadıq. Heç-heçə bizim üçün qənimətdi. Neçənci oyundu ki, ilk dəqiqələrdə qol buraxırıq. Bunun səbəbini bilmirəm. "Neftçi" ilə oyundan sonra yaxşı hazırlaşmışdıq. Sürünə-sürünə olsa da, yolumuza davam edirik. Qazandığımız xalllar bizim üçün hər şey deməkdi".
 
- "Neftçi"ilə oyunda yaxşı oynamışdınız. Bu gün niyə həmin heyətlə oynamadınız?

- Bu, mənim qərarlarımdı. Ötən oyun Amit Quluzadədən narazı qalmışdım və bu gün onun əvəzində Azər Salahlını oynatmışdım. Bəzi yerlərdə dəyişikliklər etməyə çalışıram və bütün futbolçulardan yararlanmaq istəyirəm.
 
- Samir müəllim, ilk hissənin 25-ci dəqiqəsindən sonra düşünmürdünüz ki, mən Məhəmməd Qurbanovu niyə meydana buraxmışam?

- Yox, belə düşünmürəm. Sadəcə, Məhəmmədin tez formasını bərpa etməsini istəyirəm. Onun yaxşı xüsusiyyətləri var və istəyirəm ki, o, tezliklə komandaya köməklik etsin.
 
- Bu gün "Sumqayıt" özünə bənzəmirdi. Bunun səbəbi nə idi?

- Çox maraqlı sindromumuz var: Öz gücümüzdə olan rəqbilərlə oynaya bilmirik. Bu, "Rəvan"la oyunlarda da belə olub. Bəlkə də komandamızda yorğunluq var.
Milli.Az


Tags:  Sürünə-sürünə olsa Samir Abasov

RƏYLƏR


Top news