Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

AzVision.az internet saytının 4 yaşı tamam olur

AzVision.az internet saytının 4 yaşı tamam olur

Date: 1 October 2016 21:47

Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu gün AzVision.az internet saytının ad günüdür.
“Report”un xəbərinə görə, saytın 4 yaşı tamam olur.
AzVision.az saytı ölkədə və dünyada baş verən hadisələri izləyir, təhlil edir və oxuculara çatdırır. AzVision.az əyləncə və şou xarakterli məlumatlara yer ayırmır və ictimai-siyasi xarakterli ciddi media quruluşu olmağa iddialıdır.
AzVision.az müxtəlif sahələrə aid özünün fərqli rubrikalarını və yanaşmalarını oxucularına çatdırır. Saytda multimedia materiallarına üstünlük verilir.
Saytın baş redaktoru Vüsal Məmmədovdur.
“Report” İnformasiya Agentliyinin kollektivi “AzVision”çuları ad günü münasibətilə təbrik edir, onlara möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayır!

Tags:  AzVisionaz internet saytının yaşı tamam olur


RƏYLƏR


Top news