Qəlb qırmaq günahdırmı?

Qəlb qırmaq günahdırmı?
21:52 1 Oktyabr 2016
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az zikr.az-a istinadən bildirir ki, başqalarına qarşı mülayim davranmaq, onların səhvlərini gözəl tərzdə bildirmək hər bir müsəlmana vacibdir. Uca Allah buyurur:  "(Ya Rəsulum!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər kobud, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər". (Ali İmran, 159)
"Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! Belə etsən, bir də baxarsan ki, aranızda düşmənçilik olan şəxs yaxın dostun olub!" (Fussilət, 34).
"Kimə mülayimlikdən bir pay verilmişsə, ona xeyirdən bir pay verilmişdir. Kim də mülayimlikdən olan payından məhrum olmuşsa, xeyirdən olan payından məhrum olmuşdur. Qiyamət günü möminin tərəzisində ən ağır gələn şey gözəl əxlaq olacaq. Həqiqətən, Allah kobud, təhqiramiz sözlər danışan adama nifrət edir". (əl-Buxari "Ədəbul-Mufrad" 464).
Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) buyurmuşdur: "Bilirsinizmi müflis kimdir?", səhabələr dedilər ki: "Ey Allahın Rəsulu, bizcə müflis pulu və malı olmayandır". Rəsulullah belə buyurdu: "Ümmətimdən müflis o kimsədir ki, qiyamət günündə namaz, oruc və zəkat ilə gəlir, fəqət (bununla bərabər) birini söymüş, birinə iftira atmış, birinin malını (haqsız olaraq) yemiş, birinin qanını tökmüşdür. Buna görə onun yaxşılıqlarından bütün haqq sahiblərinə verilir. Üzərində olan haqlar ödənmədən savabları tükənirsə, onda haqq sahiblərinin günahları o kimsəyə yüklənir və sonra o kəs Cəhənnəmə atılır". (Tirmizi, cild. 4, səh.36).
Yetimlərlə gözəl davranmaq haqda Peyğəmbərimiz (Allahın ona salavatı və salamı olsun) belə buyurmuşdur:
"Evlərin ən gözəli yetimə yaxşılıq olunan evdir, ən pisi isə yetimin qəlbi qırılan evdir" (İbn Macə).
"Yetimləri və yoxsulları himayı edən, Allah yolunda bir döyüşçü və ya gündüzlər oruc tutb gecələr isə namaz qılanın mislindədir" (Buxari)
Qəlbini qırdığımız adamdan mütləq halallıq almaq lazımdır, əks halda qul haqqı günahı ilə yüklənmiş oluruq. Kimin haqqı pozulubsa, Qiyamət günü ona zülm etmiş insandan öz haqqını alacaqdır
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/474859.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR