Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Avtobus sürücüləri yol nişanlarına məhəl qoymurlar - VİDEO

Avtobus sürücüləri yol nişanlarına məhəl qoymurlar - VİDEO

Date: 1 October 2016 22:17

Bakının Nəsimi rayonu ərazisində Səməd Vurğun və Həsən Əliyev küçələrinin kəsişməsində avtobuslar hər gün qayda pozurlar. Üstəlik rəsmi qurumlarda buna göz yumurlar. Belə qayda pozuntusu isə ərazidə tıxacla yanaşı qəza şəraitidə yaradır.

Yol nişanı yalnız düz və sağa hərəkət etməyə icazə versə də avtobus sürücüləri buna məhəl qoymur. Avtobusların geriyə və sağa da dönməsi yoldakı intensiv hərəkətə də mane olur, qəza şəraitinə də səbəb olur

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, görüntülər paytaxtın Nəsimi rayon ərazisində Səməd Vurğun və Həsən Əliyev küçələrinin kəsişməsindəndir. Bu ərazidə mütəmadi baş verən qayda pozuntusu digər sürücülər üçün çətinlik yaradır.

Ərazidən keçən maşurut avtobuslarının sürücüləri isə deyir ki, bir az irəlidə onların dönməsi üçün ayrılan ərazi minik maşınlarının sürücüləri tərəfindən zəbt edildiyi və yol dar olduğu üçün ordan dönə bilmirlər.

Bakı Nəqliyyat Agentlyinin sözçüsü Nuridə Allayarova deyir ki, maşurut avtobuslarının yolu razılaşdırılaraq təyin edilib. Sürücülərin qayda pozuntusunun aşkarlanması isə yol polisinin məsuliyyətidir.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə bildirdi ki, əraziyə baxış keçiriləcək və lazım olsa tədbir görüləcək.

Milli.Az


Tags:  Avtobus sürücüləri yol nişanlarına məhəl qoymurlar VİDEO

RƏYLƏR


Top news