Turistlərin daşınması ilə - kim məşğul ola bilər? - VİDEO

Turistlərin daşınması ilə - kim məşğul ola bilər? - VİDEO
22:22 1 Oktyabr 2016
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Vaxtaşırı istirahətə gedənləri və ya turistləri daşıyan avtobusların qəzaya düşməsi xəbərlərini eşidirik. Ən son 1 ay əvvəl turistləri daşıyan avtobus Ağsuda qəzaya uğramışdı. Nəticədə avtobusda olan 21 nəfər ərəb sərnişindən 7-si yaralanmışdı. Artıq bu sahəyə necə deyərlər əl gəzdirmək vaxtıdır. Hər adama turist və ekskursantların daşınmasını həvalə etmək olmaz. Bu məqsədlə parlamentdə yeni hazırlanan turizm haqqında qanun layihəsinə xüsusi standartlar salınacaq.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, Azərbaycanda turist və ekskursantların daşınmasını həyata keçirən sürücülərlə bağlı yeni tələblər tətbiq ediləcək.

Milli Məclisdə yeni hazırlanan "Turizm haqqında" qanun layihəsinə görə, turist və ekskursantların daşınmasını həyata keçirən sürücülərin bilikləri nəzarət orqanı tərəfindən sertifikatlaşdırılmalıdır. Həmin sertifikatı əldə etməyənlər turist və ekskursantların daşınması ilə məşğul ola bilməz.

Turizm və Menecmentlik Universitetinin Turizm və Qonaqpərvərlik fakultəsinin dekanı Rəhman Səfərov deyir ki, turistləri daşıyan avtonəqliyyat vasitələrini idarə edənlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşə fəaliyyətinə və davranışına dair xüsusi hazırlıq keçməlidir. Turistlərin və ekskursantların daşımalarını tənzimləyən normativ akrtlar barədə zəruri biliklərə malik olmalıdırlar.

Avtomobillə daşıma xidmətləri göstərən şəxs lisenziya aldıqdan sonra turistləri və ekskursantları daşıma sahəsində hansısa nöqsanı olarsa, və ya kimsə icazəsiz turist daşımaq işi ilə məşğul olarsa cəzalandırılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/475220.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR