Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Əliyar Ağayev: "Roma" - "Astra" oyununun hakim-inspektoru idarəçiliyimdən razı qaldı"

Əliyar Ağayev: "Roma" - "Astra" oyununun hakim-inspektoru idarəçiliyimdən razı qaldı"

Date: 1 October 2016 22:32

Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev Premyer Liqada bu gün əlavə hakim köməkçisi olduğu "Neftçi" - "Kəpəz" matçından sonra brifinq keçirib. 
Gənc referimiz "Report"un oyunda olan əməkdaşının da suallarını cavablandırıb.
- Bu həftə Avropa Liqasının qrup mərhələsində "Roma" - Astra" matçını idarə etdin. Oyunun hakim-inspektoru işinə neəc qiymət verdi?
- Hakim-inspektor ümumilikdə idarəçiliyimdəm razı qaldı. Ancaq qiymət dərhal yox, matçdan 2-3 gün sonra açıqlanır. Bu, həm AFFA-ya, həm də özümə gəlir.
- Bundan sonra səni daha yüksək səviyəli oyunda görə bilərikmi?
- Bu sualı mənə çox verirlər. Çempionlar Liqasının qrup oyununu idarə etmək üçün ən azı 1-ci katerqoriyalı hakim olmalısan. İnşallah, bura yüksələrəm, ondan sonra təyinat alaram.
- Buna özünü hazır sayırsanmı?
- Hazır sayıram deyəndə ki, oyun versələr, həmin etimadı doğrultmağa çalışaram. Ancaq əsas fikrimiz 1-ci kateqoriyaya yüksəlməkdir.
- Bəs sənin üçün hakimliiyn pis nöqtəsi hansı oyunu idarə etməkdir?
- Hər bir hakim, hər bir futbolçu üçün pis nöqtəsi böyük turnirlərin - Avropa, dünya çempionatının finalında iştirak etməkdir. Bu, məndə də olsa, pis nöqtə hesab oluna bilər,
- Özünə kumir seçdiyim hakim var?
- Yox. Bu, özündən razılıq imi çıxmasın. Avropada hr bir hakimə baxıb yaxşı, özümüzə lazım olan şeyləri götürürük.
- Sosial şəbəkələrdə Françesko Tottinin 40 illik yubileyində ona sarı verdiyin qabardıldı...
- Oyundur da.
- Avropa Liqasında qrupda idatrəçilik edəndən sonra çempionatda köməkçi hakim olmaq nə dərəcədə çətindir?
- Oyun veriblər. Biz də çalışırıq ki, baş hakimə kömək edək. Baş hakim olmaq istəmirdim. Çünki bir az yorğunluq vardı. İtaliyadan qayıdandan sonra AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla bu haqda danışdım. Ona söylədim ki, baş hakimə kömək edə bilərəm. 

Tags:  Əliyar Ağayev Roma Astra oyununun hakim-inspektoru idarəçiliyimdən razı qaldı

RƏYLƏR


Top news