Əliyar Ağayev Tottini cəzalandırmasından danışdı - MÜSAHİBƏ

Əliyar Ağayev Tottini cəzalandırmasından danışdı -   MÜSAHİBƏ
22:37 1 Oktyabr 2016
86 İdman
Ölkə mətbuatı
A- A+

Cümə axşamı Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində baş tutan “Roma” -  “Astra” matçının referisi Əliyar Ağayev, bu gün keçirilən “Neftçi” – “Kəpəz” görüşündə əlavə köməkçi hakim idi. FİFA referisi qarşılaşmadan sonra jurnalistin suallarını cavablandırıb.

 

- Hakim-inspektor bizdən razı qaldığını bildirdi. Qiymət isə 2-3 gün sonra açıqlanır. Nəticə həm federasiyaya, həm mənə gələcək.


- Sizi Çempionlar Liqasının oyunlarında görə biləcəyikmi? Ümumiyyətlə, özünüzü hazır sayırsımızmı?


- Bu sualı çox verirlər. Çempionlar Liqasının oyununu idarə etmək üçün  -ci kateqoriya olmalıyam. Məqsəd ora yüksəlməkdir. Oyun versələr, çalışaram özümü doğruldam.


- Sizin üçün hakimliyin pik nöqtəsi hansı oyunu idarə etməkdir?


- Hər bir hakimin, hər bir oyunçunun arzusu dünya və Avropa çempionatının final mərhələsidir. Bunu hər kəs istər.


- Özünüzə kumir seçdiyiniz referi var?


- Xeyr, amma hər hakimdən özümüzə nəsə götürməyə çalışırıq.


- Sosial şəbəkələrdə sizin “Roma”nın əfsanəvi kapitanı Françesko Tottiyə sarı vərəqə göstərməyinizlə bağlı zarafatlar edirlər...

- (gülür) Oyundu da, olur belə şeylər. 


- Avropa Liqasının qrup mərhələsindən sonra milli çempionatda əlavə köməkçi hakim olmaq necə bir hissdir?


- Özüm referi kimi meydana çıxmaq istəmədim. Xaqani müəllimə (AFFA hakimlər komitəsinin sədri Xaqani Məmmədovu nəzərdə tutur – red.) dedim ki, yorğunluq var. 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-liyar-aayev-tottini-czalandrmasndan-dand-t53007.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR