İnsanla Allah arasında körpü odur...

İnsanla Allah arasında körpü odur...
22:47 1 Oktyabr 2016
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Həzrət Peyğəmbərin (s) besətinin hədəflərindən biri bu idi ki, nəfsləri tərbiyə edib, insanlara gözəl əxlaqı yiyələndirə bilsin. Hətta demək olar ki, Quran oxumaq və Allah kitabını təlim vermək nəfsin tərbiyəsinin müqəddiməsi idi. "Ayələrini onlara oxumaq, onları (əqidədə, əxlaqda və əməldəki çirkinliklərdən) pak etmək, onlara (səmavi) kitab, dini və əqli mərifətlər öyrətmək üçün ümmilərin (çoxusu savadsız olan Məkkə camaatının) arasından özlərindən olan bir Peyğəmbər seçən Odur". ("Cümə" 2).

"Şübhəsiz, Allah möminlərin boynuna onlara (mələklərdən və cinlərdən deyil) özlərindən Onun ayələrini onlara oxuyan, onları paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və əqli maarifi öyrədən bir peyğəmbər göndərən zaman haqq qoydu". ("Ali-İmran" 164).
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quran dastanları arasında Loğman həkim dastanı çox maraqlı və əxlaqi dəyərlərə malik olan dastanlardandır. Allah Loğmanı bizlərə bir əxlaq müəllimi kimi tanıdır. Loğman nəfslərin tərbiyəsi ilə məşğul olmuş və insanları gözəl əxlaqa dəvət etmişdir. Loğman haqqında danışan zaman Quran buyurur: "Və həqiqətən, Biz Loqmana hikmət verdik". ("Loğman" 12). Bu ayədə adı çəkilən hikmət sözünü təfsirçilər əxlaq sözü kimi təfsir edirlər. Yəni, Allah Loğmana əməli hikmət elmini vermişdir və o, əməldə insanların nəfsini tərbiyə edirdi.
Əxlaq mövzusu Quranda böyük əhəmiyyətə malik olduğu kimi, hədislərimiz də ondan çoxlu bəhs etmiş və hüsnü-əxlaqa dəvət etmişdilər.
Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: "Mən ancaq əxlaqi fəziləti təkmilləşdirmək üçün məbus olmuşam".
Əmirəl-möminin (ə) buyurur: "Əgər bizim behiştə getmək ümidimiz və imanımız, cəhənnəmdən qorxumuz olmasaydı, savabı və cəzanı gözləməsəydik, layiqli olardı ki, əxlaqi fəzilətlərin sorağına gedək. Çünki onlar nicata, qələbə və müvəffəqiyyətə yönləndirər".
Bu hədisdən görmək olur ki, əxlaqi fəzilətlərlər nəinki insanın Qiyamət günü nicat tapmağına səbəb olur, dünya həyatını da onsuz sahmana salmaq olmur.
Həzrət Peyğəmbərdən (s) gələn başqa bir hədisdə oxuyuruq: "Sübhan Allah əxlaqi fəzilətləri Özü ilə bəndələri arasında rabitə vasitəsi qərar vermişdir. Ona görə də kifayətdir ki, sizlərdən hər biriniz əxlaqa əl vurasınız ki, sizi Allahla rabitələndirsin".
Bəli, əxlaqın yeri bu qədər uca və yüksəkdir. Əgər insan əxlaqi fəzilətlərə malik olsa, bu əxlaq onunla Allah arasında bir körpü yaradar. Elə bir körpü ki, onu dağıtmaz olmaz. Siz də addım-addım Allaha yaxınlaşarsınız. Necə ki, bunu Məsumlarımız (ə) və böyük din alimləri etmişdilər.
Qurani-Kərim Peyğəmbərin (s) uca məqamı barəsində danışan zaman buyurur: "Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən". ("Qələm" 4).

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/474835.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR