Bakıda ev yandı

Bakıda ev yandı
22:57 1 Oktyabr 2016
57 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yanğın qeydə alınıb.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən bildirir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 10 m2 sahədə, 1 ədəd soyuducu və qaz sobası yanıb.

Yüksək temperaturdan dəhlizin lambirindən ibarət tavanı 1 m2 sahədə ərimişdir. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 19:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/475221.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR