Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qünutda əllərin xüsusi şəkildə tutulmasının səbəbi nədir?

Qünutda əllərin xüsusi şəkildə tutulmasının səbəbi nədir?

Date: 1 October 2016 23:12

Qünut müstəhəb namaz əməllərindən biridir. Qünut zamanı əlləri qoşalaşdırıb ovucları açmaq və sifət bərabərində qaldırmaq müstəhəbdir. Bu zaman əl barmaqları bir-birinə yapışdırılır, baş barmaqlar açılır. Bu, sanki açıq kitab vəziyyətini xatırladır. Mənasını belə izah etmək olar ki, sanki insan qünut halında öz əməl dəftərini oxuyur.

Milli.Az islam.az-a istinadən bildirir ki, rəvayətlərə görə, qiyamət günündə hər kəsin yaxşı və pis əməlləri yazılmış dəftər ona veriləcək və insan öz əməl dəftərini oxuyub, nə işlər gördüyünü xatırlayacaq. Qünut vəziyyətində insan sanki indidən öz əməl dəftərini oxuyur. Bununla da onun məsuliyyət hissi artır və qiyamət gününün düşüncəsi ilə yaşamış olur.

Milli.Az


Tags:  Qünutda əllərin xüsusi şəkildə tutulmasının səbəbi nədir

RƏYLƏR


Top news