OPEC hasilatı azaltsa nə olacaq?

OPEC hasilatı azaltsa nə olacaq?
23:22 1 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Neft hasil edən ölkələrin OPEC karteli son səkkiz ildə ilk dəfə olaraq neft hasilatını ixtisar etmək barədə qərar qəbul edib. Təşkilatın qərarı kifayət qədər gözlənilməz olub, çünki növbəti iclasdan əvvəl üzv ölkələrin nümayəndələri adətən olduğu kimi razılığa gələ biləcəklərinə şübhə edirdilər.
Bu razılaşmaya əsasən neft hasilatının günə 700 min barrel ixtisar olunması nəzərdə tutulur ki, bu da qlobal hasilatın cəmi 2 faizidir.

OPEC nədir və o nə ilə məşğul olur

Milli.Az BBC-yə istinadən bildirir ki, neft ixrac edən ölkələr OPEC təşkilatını 1960-cı ildə yaradıb. Bundan məqsəd xammal hasilatına nəzarət etmək idi.
Yaradıldığı vaxt OPEC-ə beş ölkə daxil idi. İndi üzvlərin sayı 14-dür. Qlobal neft hasilatının 40, dünya neft ehtiyatlarının isə 70 faizi bu təşkilata daxil ölkələrin payına düşür.
Bu təşkilatı ona görə kartel adlandırırlar ki, onun üzvləri öz aralarında razılıqlara gələrək bazardakı rəqabəti azalda bilirlər.
Üzv ölkələrin özləri bu qənaətdədirlər ki, neft sənayesi üçün mürəkkəb vaxtlarda bazarın sabitləşdirilməsinə kömək edirlər.
Səudiyyə Ərəbistanı OPEC-in de facto lideri sayılır. Rusiya OPEC-ə daxil deyil.
Hər iki ildən bir üzv ölkələr təşkilatın Vyanadakı qərargahında toplaşaraq xammal bazarındakı vəziyyəti müzakirə edirlər.
Xammal bazarındakı vəziyyətdən asılı olaraq üzv ölkələr neft hasilatının kvotalarını ya azaldır, ya artırır, ya da olduğu kimi saxlayırlar.

OPEC hasilatı azaltmaq qərarına niyə gəlib?

İri neft hasilatçısı ölkələrin hasilatı azaltmalı olduqları barədə söhbətlər 2014-cü ildə neft qiymətləri kəskin düşəndən bəri aparılır.
Təxminən yarım il ərzində neft qiymətləri bir barrel üçün 110 dollardan 50 dolların altına enib.
OPEC hər dəfə hasilat kvotalarının azaldılacağından söhbət açanda xammal bazarında neftin qiyməti kəskin qalxır. Qiymətlər ona görə artır ki, treyderlər neft təchizatının azalacağını gözləyirlər.
Bu dəfə də belə olub. Razılaşma barədə bəyanat verilən kimi qiymətlər 46 dollardan 49 dollara qalxıb.
Rusiyada milli valyutanın dəyəri neft qiymətlərindən asılı olduğuna görə rubl möhkəmlənib. Dolların və avronun qiyməti son iki gündə bir iki rubl ucuzlaşıb.
Eyni sözləri Azərbaycan manatı haqqında da demək olar.

Yəni neft qiymətləri artanda dollar da ucuzlaşacaq?

Lakin hələki söhbət yalnız razılaşmadan gedir. Bu razılaşmanın hər hansı şəkildə sənədləşdiriləcəyi barədə heç nə məlum deyil.
Qısası, hazırda söhbət yalnız "söz müdaxiləsindən" gedir. Bu söz müdaxiləsinin məqsədi də elə neft qiymətlərini daha da enməkdən saxlamaqdır.
Amma hətta OPEC razılaşması rəsmi memorandum halına salınsa da, bu razılaşmanın bazara təsiri məhdud və qısamüddətli olacaq.
2015-ci ildə OPEC-in baş katibi Abdalla Salem əl-Badri deyirdi ki, kvotalar yalnız tövsiyə xarakteri daşıyır.
OPEC üzvlərin kvotaları elə tövsiyə kimi də qəbul edirlər. Onların bu tövsiyələrə əməl edib-etmədiklərini isə izləmək çox mürəkkəbdir.
Məsələn Səudiyyə Ərəbistanı gileylənir ki, hasilatın azaldılması yükü həmişə onun çiyinlərinə düşür.
Bundan başqa, məsələn Rusiya kimi OPEC-ə daxil olmayan başqa nəhəng hasilatçılar da var. Hələ aydın deyildir ki, Rusiya OPEC-in qərarından sonra hasilatı ixtisar etməyə razılaşacaqmı.
Lap elə neft qiymətləri kəskin artsa da, bu, Amerikanın şist nefti bazarında vəziyyəti dəyişə bilər. Yəni neft qiymətləri qalxsa, Amerika şirkətləri neft hasilatını artırmaqda maraqlı olacaqlar.
Deməli bununla da neft qiymətlərinin qalxması yenidən səngiyə bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/475224.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR