"Öləndə torpağın altında necə qalacağımdan qorxuram..."

"Öləndə torpağın altında necə qalacağımdan qorxuram..."
23:42 1 Oktyabr 2016
171 Ölkə
Ölkə mətbuatı
A- A+

Ölümdən qorxmaq yox, çoxlu xeyirli əməllər edərək ölümə hazırlaşmaq lazımdır. Səhabələr və onlardan sonra gələnlər Allah rizasını qazanmaq üçün ölümü gözə alaraq Allah yolunda cihad etmişlər.

Milli.Az zikr.az-a istinadən bildirir ki, öləndən sonra torpağın altında qalmaqdan qorxmaq isə şeytanın vəsvəsəsidir, çünki ölən insanın ruhu bərzəx aləminə köçür və Qiyamət gününə qədər dünya ilə əlaqəsi olmur. Torpağın altında qalan isə cansız bir cəsəddir. Uca Allah buyurur: "Nəhayət, onlardan birinə ölüm gəldiyi zaman deyər: "Ey Rəbbim! Məni geri qaytar. Bəlkə, tərk etdiyim yaxşı əməlləri indi edəm". Xeyr! Onun bu dedikləri ancaq boş bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx (maneə) vardır." (əl-Muminun, 99-100). Belə vəsvəsələrin gəlməməsi üçün bu sahədə elminizi artırın.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/474856.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR