Stalinin qarşısında bığını qırxmayan azərbaycanlı - FOTO

Stalinin qarşısında bığını qırxmayan azərbaycanlı - FOTO
23:42 1 Oktyabr 2016
176 Ölkə
Ölkə mətbuatı
A- A+

Kənd sakinləri onu "Bığ Eyub" deyə çağırırlar. Söhbət Qax rayonunun Qaratala kəndində yaşayan Eyyub Məhsimovdan gedir. O, hazırda kəndin ən yaşlı sakini hesab olunur. Amma qıvraqlığı, zəhmətsevərliyi, yorulmadan işləməsi hər kəsi təəccübləndirir.

Milli.Az sputnik.az-a istinadən bildirir ki, yaşlı nəslin nümayəndələri üçün "Bığ Eyub" olan Eyyub kişini, kəndin bütün cavanları "Eyub baba" adlandırırlar. Həm də cavanlar onunla zarafatlaşmağı, toylarda onunla birlikdə rəqs etməyi, şelfi çəkdirməyi xoşlayırlar. Bütün ömrünü at üstündə keçirən Eyyub baba, birlikdə yaşadığı qızı və nəvələrinin tənqidlərinə baxmayaraq, hələ də atdan əsas nəqliyyat vasitəsi kimi istifadə edir. O, müasir texnikanı "tənbəllərin oyuncağı" hesab edir. "Vaxt vardı biz öküzlərin köməyi ilə xışla, kotanla yer əkirdik. Gecəmiz-gündüzümüz olmazdı.

Bizim yeniyetməliyimiz, cavanlığımız müharibə illərinə düşüb. Ac qalmamaq üçün yorulmaq bilmədən işləyirdik. O vaxt bizim əllə, öküzlərin köməyi ilə gördüyümüz işi indi traktorlar, kombaynlar görür. Amma baxırsan ki, cavanlar traktorla tarlanın bu başından o başına gedirlər, sonra da deyirlər ki, yoruldum. Ona görə də, kənddə hansı cavanı dindirirsən, deyir oram ağrıyır, buram ağrıyır.

Bəs iş görməyən adam ağrıyacaq da. Nə qədər boş-boş oturmaq olar?" - deyir Eyyub baba. O, bu dövrün cavanlarının iki əsas bəlası olduğunu qeyd edir: fiziki iş görməmək və telefonla oynamaq. Müsahibimiz indiyə qədər belə sağlam və gümrah qalmağının sirrini belə açıqlayır: "Mən özümü qanandan hər gün qatıq yeyirəm. Hər səhər tezdən qalxıb qatıq yeməsəm, yaşaya bilmərəm. O vaxtlar mal-qoyun otarmaq növbəsinə gedəndə bir banka qatıq, çörək və adi su götürürdüm. Səhərdən axşamacan bu, mənə bəs edirdi.

Mənimlə birlikdə növbəyə gedənlər deyirdilər ki, "a kişi, sən bununla necə yaşayırsan, bir gün yıxılıb öləcəksən". Deyirdim ki, siz yaşayın, mən ölsəm də, eybi yoxdur. İş elə gətirdi ki, məni qatıq yeməyə görə qınayan yaşıdlarımın və məndən yaşca xeyli kiçik olanların əksəriyyəti artıq rəhmətə gedib. Hərəsi də bir xəstəlikdən". 90 yaşlı ağsaqqal sağlamlığının bir səbəbini də tut arağından başqa içki içməməkdə görür. "Özüm hər il həyətdəki ağ tutu boçkalara yığıb, qıcqırdıb araq çəkmişəm. Həmişə də o araqdan içmişəm. İndi də içirəm. Hələ indiyə qədər xəstəlik nədir, bilmirəm".

Qax rayonunun Qaratala kənd sakini Eyyub Məhsimov Kəndin bugünkü şəklə düşməsində, abadlaşmasında Eyyub babanın əməyi böyük olub. Uşaqkən qardaşları ilə birlikdə aclıqdan əziyyət çəkdiklərindən, doğulduqları dağ kəndi olan Armudludan nisbətən aranda yerləşən bu kəndə pənah gətiriblər. Onda bu kənd 5-6 ailənin məskunlaşdığı kiçik talalardan və fermadan ibarət olan balaca bir məskən imiş. "Biz bura köçəndə bu kənd kiçik talalardan ibarət balaca bir yer idi. Elə kəndin adlandırıldığı Qaratala sözü də "meşənin ortasında açıq yer" mənasına gəlir. Bu kənddə yaşamaq mümkünsüz idi.

Çünki hər yer meşəlik və kol-kos idi. Bu kəndi kol-kosdan təkbaşına təmizləmişəm. Buranı abıra salandan sonra bura başqa yerlərdən insanlar gəlib yaşamağa başladılar. Çünki burada yaşamaq əlverişli idi. Münbit torpağı vardı, meşələrdən çaylar axırdı, torpaqları suvarmaq üçün arxlar çəkmişdik. Meşələri tədricən açaraq əkin və mal-qara üçün örüş yerlərini genişləndirmişdik. Böyük çıxmasın, amma mən özümü bu kəndin memarlarından biri hesab eləyirəm", - deyə E.Məhsimov bildirir. Eyyub baba təkcə əməksevərliyi ilə seçilmir. O, həm də xarici görünüşü ilə diqqəti cəlb edir. Onu kənddə nahaq yerə "Bığ Eyub" adlandırmırlar.

Çünki o, heç vaxt bığını qırxmayıb. Özü səbəbini belə izah edir: "Anadan olandan bığımı qırxmamışam. Əsgər gedəndə komandir məni sıradan qabağa çıxarıb dedi ki, "əsgər Məhsimov, niyə bığını təraş etmirsən?". Dedim ki, belə bir fikrim yoxdur. Komandir məni generalın yanına apardı. General soruşdu ki, "əsgər Məhsimov niyə bığını təraş etmirsən?" Dedim ki, mən bu bığı yoldaş Stalinə görə saxlayıram. O nə vaxt bığını təraş etsə, mən də edəcəyəm. Onlar nə cavab verəcəklərini bilmədilər və məni rahat buraxdılar. O gündən bu günə bığıma əl vurmamışam". Həmsöhbətimizin dediyinə görə, bu inadkarlığı Stalinin özünün də xoşuna gəlib: "Əsgərlikdə olanda bir gün dedilər ki, yoldaş Stalin birləşmiş hərbi hissələrə baş çəkməyə gələcək. Müharibədən sonra sovet ordusunun quruculuğu istiqamətində ciddi işlər gedirdi.

Bizi bir ay onun gəlişinə hazırladılar. Sıra düzülüşü, addımlamaq və s. Ordu təzə geyimlərlə təchiz edildi. Onda əsgərlik müddəti rəsmi 3 il 6 idi. Amma bizim vaxtımızda bu 4 ilə qədər çəkirdi. Bir gün bizi sıraya düzdülər. Stalin gəlib qabağımızdan keçdi, əsgərin şərəfinə hərbi salam verdi. Sonra sıraları başdan ayağa gəzməklə əsgərləri bir-bir süzdü. Mənə çatanda dayandı, "irəli çıx" əmrini verdi. Soruşdu ki, mən niyə bığ saxlayıram. Dedim ki, yoldaş Stalin, sizə hörmət əlaməti olaraq bu bığı saxlayıram. Siz nə vaxt bığınızı qırxsanız, mən də onda qırxacağam". "O vaxtlar rəhbərə belə söz demək ölümə bərabər bir iş idi. Sonradan ordudakı zabitlər mənə deyirdilər ki, biz elə bilirdik, bu sözdən sonra sənin güllələnmə əmrini verəcək. Amma mənim bu cəsarətli cavabım yoldaş Stalinin xoşuna gəlmişdi.

O, cavabımdan gülümsündü və deyəsən ləhcəmdən tutmuşdu ki, qafqazlıyam. Soruşdu ki, "kavkazeü" (qafqazlısan?)? Dedim, bəli, Azərbaycandan, Qaxdanam. Onda nəsə fikirləşdi və bığının altında yavaşca "Saingilo" dedi. Sonra "azad" əmrini verdi. O vaxtdan mən hərbi hissədə hamının sevimlisinə çevrildim. Onda orduda Stalinin sevimli adamı olmaq görün nə demək idi!", - danışır Eyyub baba.
Stalinin hələ də "yaşadığı" yeganə kənd - bura Azərbaycandır O, evə qayıdandan sonra bu əhvalatı ailəsinə nağıl edir: "Anamgil məni danladılar ki, dilinin ucbatından ölə bilərdin. Onda "Saingilo" sözünün mənasını öyrəndim. Sən demə, gürcülər bizim Qaxın yerləşdiyi regiona "Saingilo", yəni ki, "kiçik Gürcüstan" deyirlər.

Ola bilsin, Stalin buna görə mənə güzəşt eləmişdi". Eyyub kişi Stalin dövrünün ağırlığına, o dövrdə baş verən repressiyalara baxmayaraq, hələ də hesab edir ki, dünyaya Stalin kimi "kişi adam" gəlməyib. Stalinin şərəfinə saxlanan bığ onun ölümündən sonra da qırxılmamış qalıb: "Bu bığ mənim 75 illik dostumdur. Bığımı qırxsam, elə bilərəm ki, qolumu, qıçımı itirmişəm. Uşaqlara vəsiyyət eləmişəm ki, öləndə də məni torpağa bığımla birlikdə basdırarsınız".
 
Milli.Az







RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Mahmud Abbas Moskvaya səfər edəcək

24 Aprel 2017 05:49

Laisin məlahəti - FOTO

24 Aprel 2017 05:32

Poroşenko və Tillerson telefonla danışdı

24 Aprel 2017 05:28

Taksi sürücüsü döyüldü

24 Aprel 2017 05:18

49 yaşlı kişi eyvandan yıxılaraq öldü

24 Aprel 2017 04:39

Yaşayış evində yanğın: 5 nəfər öldü

24 Aprel 2017 04:33

Göz rənglərinə görə insan tipləri

24 Aprel 2017 03:56

Gəncədə taksi sürücüsü döyüldü

24 Aprel 2017 03:38

Vittoriya kamera qarşısında - FOTO

24 Aprel 2017 03:32

İngiltərə Premyer Liqasının ən yaxşısı bəlli oldu

24 Aprel 2017 02:54

Messi 500-ə çatdı

24 Aprel 2017 02:43

Dovşan ətini yemək olarmı?

24 Aprel 2017 02:38

Rianna yeni reklamda - FOTO

24 Aprel 2017 02:32

Nyu-Yorkda yaşayış binasında yanğın: 5 ölü

24 Aprel 2017 02:24

Cocuq Mərcanlıda partlamamış hərbi sursatlar aşkarlandı

24 Aprel 2017 01:58

“Suka” olmaq istəməyən “kriminal generallar”ın dəhşətli ölümləri - VİDEO

24 Aprel 2017 01:33

Kendall Merilin obrazında - FOTO

24 Aprel 2017 01:32

Gəncədə taksi sürücüsü döyüldü

24 Aprel 2017 01:29

"Ginnesin Rekordlar Kitabı"na düşən azərbaycanlılar

24 Aprel 2017 01:21

Messi “Barselona”da 500-cü qolunu vurdu

24 Aprel 2017 01:19

"Barselona" "El-Klassiko"da qələbə qazandı

24 Aprel 2017 01:03

Madriddə triller: 5 qol, qırmızı vərəqə, Messinin benefisi

24 Aprel 2017 00:58

Le Pen seçkilərdən sonra ilk dəfə danışdı

24 Aprel 2017 00:56

Messi son saniyələrdə "Real"a ŞOK YAŞATDI

24 Aprel 2017 00:47

Fransada prezident seçkilərinin iki namizədi ikinci tura adladı

24 Aprel 2017 00:44

Yumurtanın təzə olub-olmadığını öyrənmək üçün

24 Aprel 2017 00:34

Türkiyə klubunun futbolçusu özünü asdı

24 Aprel 2017 00:18

Tanınmış futbolçu intihar etdi

24 Aprel 2017 00:16

Astroloji proqnoz - 24 aprel

24 Aprel 2017 00:13

Bu videoya baxmaq ürək istəyir

24 Aprel 2017 00:09

Günün qoroskopu: tənbəllik və süstlük etməyin

24 Aprel 2017 00:05

Kubok "Qarabağ"a təqdim olundu

23 Aprel 2017 23:58

İki yol qəzasında 3 nəfər xəsarət alıb

23 Aprel 2017 23:57

4 otaqlı ev yanıb

23 Aprel 2017 23:57

Möhtəşəm su festivalı Mingəçevirdə - FOTOLAR

23 Aprel 2017 23:53

Türkiyədə futbolçu intihar edib

23 Aprel 2017 23:52

“Qaziantepspor”un futbolçusu intihar etdi

23 Aprel 2017 23:49

Yaşlandıqca uşaqlaşır, öldüyünə inanır

23 Aprel 2017 23:44

İŞİD-dən gözlənilməz hücum: 10 hərbçi həlak oldu

23 Aprel 2017 23:43

İkardi Vierinin 16 illik nəticəsini təkrarladı

23 Aprel 2017 23:42

Sakit okeanda ABŞ-Yaponiya birgə hərbi təlimləri başladı

23 Aprel 2017 23:28

Xəsarətlə nəticələnən yol qəzası baş verib

23 Aprel 2017 23:27

Avtomobil 60 yaşlı qadını vurdu - Biləsuvarda

23 Aprel 2017 23:24

İlk görüşdə seks faydalıdır

23 Aprel 2017 23:23

İŞİD silahlıları İraqda hərbi nəqliyyata hücum ediblər: 10 ölü, 20 yaralı

23 Aprel 2017 23:17

"Qarabağ" kuboku aldı

23 Aprel 2017 23:13

Ərinin 18 il əvvəlki fotosunu paylaşdı

23 Aprel 2017 23:12

İnsanları anında tanıyın

23 Aprel 2017 23:10

Adriana Lima yenə libası ilə diqqət çəkdi - FOTO

23 Aprel 2017 23:05

Ev əşyaları ilə birgə yandı

23 Aprel 2017 23:00