Pis yuxulardan necə qorunmaq olar?

Pis yuxulardan necə qorunmaq olar?
23:52 1 Oktyabr 2016
53 Ölkə
Ölkə mətbuatı
A- A+

Pis yuxular şeytandandır, onlara əhəmiyyət vermək və onları yozmaq lazım deyil. Peyğəmbərimiz (Allahın Ona salavatı və salamı olsun) buyurmuşdur: "Yaxşı yuxu Allahdandır. Sizlərdən biriniz yaxşı yuxu görərsə, o yuxunu yalnız sevdiyi adama danışsın. Xoşuna gəlməyən bir yuxu gördükdə isə, həmin yuxunun və şeytanın şərindən Allaha sığınsın. O, üç dəfə tüpürsün və yuxusunu heç kəsə danışmasın. Əgər belə edərsə bu yuxu ona zərər verməz". (Buxari, 6985).
Milli.Az zikr.az-a istinadən bildirir ki, belə yuxuları görməmək üçün yatağa girdikdə Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm)  buyurduğu zikrləri edin. O buyurmuşdur ki, "kim Ayətul-Kursini yerinə uzananda oxusa, Allahın göndərdiyi mü­hafizəçi səhərədək onu qoruyar və şeytan səhərədək ona yaxınlaşmaz"
Həmçinin, Peyğəmbər (sallallahu aleyhi və səlləm) hər gecə yatağına uzandıqda əllərini cütləşdi­rib on­ların içinə üfürər, sonra ora əl-İxlas, əl-Fələq və ən-Nəs surələrini oxuyardı. Daha sonra isə əllərini baş və üz nahiyəsindən baş­layaraq bacar­dığı qədər bədəninin hər yerinə sürtərdi. Beləcə, o, bunu üç dəfə təkrar edərdi. (Muslim)
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/474861.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR