Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

İran yığması Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 3-cü yerə çıxıb

İran yığması Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 3-cü yerə çıxıb

Milli komandamızın rəqibi müəyyənləşdi (16 Mart 2017 12:27)
Azərbaycan Futzal Federasiyasının prezidenti AFFA İcraiyyə Komitəsinə üzv seçilib (15 Mart 2017 11:07)
İranın futbol üzrə yığması Ermənistan komandası ilə yoldaşlıq görüşü keçirəcək (13 Mart 2017 18:07)

Tarix: 1 Oktyabr 2016 23:57

Bakı. 1 oktyabr. REPORT.AZ/ Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 3-cü yer uğrunda görüş başa çatıb. 
"Report"un məlumatına görə, bürünc medala İran yığması sahib çıxıb.
Qonşu ölkə futzalçıları Portuqaliya ilə qarşılaşmanın əsas vaxtından 2:2 hesablı heç-heçə ilə ayrılıblar. Əlavə vaxtda hesab dəyişmədiyindən, qalib penaltilər seriyasında müəyyənləşib - 4:3.
Finalda Rusiya və Argentina yığmaları üz-üzə gələcək.
Qeyd edək ki, İran qrup mərhələsində Azərbaycanın rəqiblərindən olub. İki komanda arasındakı görüş 3:3 hesablı heç-heçə ilə nəticələnib. Portuqaliya isə 1/4 finalda məhz Azərbaycan yığmasını üstələyib - 3:2.

Teqlər:  İran yığması Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 3-cü yerə çıxıb



RƏYLƏR


Top xəbərlər