Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Enqida Qetaçyu: Azərbaycan ilə UNESCO arasında əlaqələr yüksək səviyyədədir

Enqida Qetaçyu: Azərbaycan ilə UNESCO arasında əlaqələr yüksək səviyyədədir

Date: 2 October 2016 00:05

Azərbaycan ilə UNESCO arasında əlaqələr yüksək səviyyədədir. Biz birlikdə işləyir və çox sıx əməkdaşlıq edirik. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bu əməkdaşlığın inkişafına dəstək verir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri V Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən UNESCO-nun baş direktorunun müavini Enqida Qetaçyu bildirib.

E.Qetaçyu V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində birinci xanım Mehriban Əliyeva ilə keçirilən ikitərəfli görüşdə bir sıra mühüm məsələlərin müzakirə olunduğunu söyləyib. Baş direktorun müavini bunu Azərbaycan ilə UNESCO arasında münasibətlərin səviyyəsinin çox yaxşı göstəricisi kimi qiymətləndirib.

Enqida Qetaçyu vurğulayıb ki, Humanitar Forum çox vacib və əhəmiyyətli beynəlxalq tədbirdir. Foruma müasir dünyanın problemlərini müzakirə etmək üçün siyasi və dini liderlər, elm xadimləri, beynəlxalq təşkilatların nümayəndələri toplaşıblar. Bu il əsas müzakirə mövzuları multikulturalizmin təbliği, qaçqınların problemlərinin həlli, yoxsulluğun aradan qaldırılması, ekoloji problemlər, müasir cəmiyyətdə medianın rolu və s. məsələlər oldu. Qeyd edilən problemlərin həllinə medianın verə biləcəyi töhfələrlə bağlı maraqlı diskussiyalar aparıldı.

UNESCO-nun baş direktorunun müavini Bakıya ilk dəfə səfər etdiyini bildirərək Azərbaycanın paytaxtının gözəlliyinə heyran qaldığını söyləyib: "Şəhərin müasirliyi məndə xoş təsir oyatdı. Burada hər şey çox maraqlıdır. Bakıda olmağıma çox şadam. Azərbaycanlıların qonaqpərvərliyi çox xoşuma gəldi".

Milli.Az


Tags:  Enqida Qetaçyu Azərbaycan UNESCO arasında əlaqələr yüksək səviyyədədir


RƏYLƏR


Top news