Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Braziliyada cinayətkarlar 17 avtobus və 5 məktəb yandırıblar

Braziliyada cinayətkarlar 17 avtobus və 5 məktəb yandırıblar

Date: 2 October 2016 00:05

Braziliyada mütəşəkkil cinayətkar qrupun üzvləri ölkədə keçiriləcək bələdiyyə seçkiləri ərəfəsində Maranyan ştatında 17 avtobus və səsvermə məntəqələrinin fəaliyyət göstərdiyi 5 məktəb yandırıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yerli həbsxanalardan birinin məhbusları tərəfindən koordinasiya olunması ehtimal edilən hücumlarda şübhəli bilinən 30 nəfər saxlanılıb, onlardan 16-sı yetkinlik yaşına çatmayan şəxslərdir. Cinayətkarların qarışıqlıq yaratmaqda məqsədlərinin seçkilərin keçirilməsinə əngəl yaratmaq olduğu bildirilir.

Milli.Az


Tags:  Braziliyada cinayətkarlar 17 avtobus məktəb yandırıblar

RƏYLƏR


Top news