"Neftçi"nin kapitanı: "Qələbəyə ac idik"

"Neftçi"nin kapitanı: "Qələbəyə ac idik"
00:57 2 Oktyabr 2016
50 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 oktyabr. REPORT.AZ/ "Neftçi" futbol komandasının kapitanı Araz Abdullayev "Kəpəz"ə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının VII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb.
"Report"un məlumatına görə, 24 yaşlı yarımmüdafiəçi əvvəlcə qələbə təəssüratlarını bölüşüb...
- Son 2 oyunda hesabda öndə olduğumuz halda, uduzmuşduq. Bu oyuna isə tam konsentrasiya olunmuşduq ki, qalib gələk. Buna da nail olduq. Deyərdim ki, komandamızın oyunu get-gedə düzəlir. Daha çox top saxlamağa, daha yaxşı hücumlar qurmağa başlayırıq. Bunun bəhrəsi olaraq, qollarımızı vurduq. Düzdür, oyun çox çətin keçdi. Amma hiss edirəm ki, dəyişikliklərdən sonra komandamız daha yaxşıya doğru gedir. Çempionatda 15 günədək fasilə olacaq. Həmin müddətdə çalışacağıq ki, zəif yerlərimizi daha da gücləndirək və qarşıdakı oyunlara daha hazır formada çıxaq.
- Dəyişiklik dedikdə nəyi nəzərdə tutursan: Rəhbərlikdə, yoxsa baş məşqçi postunda baş verənləri?
- Komandada əhval-ruhiyyə çox yaxşıdır. Bu qələbə isə bizə bir az da kömək olacaq. Baş məşqçi dəyişikliyi də müsbət rol oynadı. Deyərdim ki, komandamızın oyununda müsbətə doğru dəyişikliklər var. Əvvəllər dağınıq çıxış edirdik. İndi isə top saxlaya, kollektiv oyun sərgiləyə bilirik. Bunlar sevindirici haldır. Lakin çox zəif yerlərimiz də var. Çalışıb həmin nöqtələri məşqlər hesabına düzəltməliyik. Bizə hələ çox məşq lazımdır.
- Öz oyununu necə qiymətləndirirsən?
- Bunu qıraqdan baxanlar deyə bilər. Özüm haqda danışmağı sevmirəm. Düzdür, mən də zəif tərəflərim üzərində çox işləməliyəm. Bu arada milli komandanın da düşərgəsində irəliləyişə nail olarıq.
- Araz Abdullayevin ən zəif tərəfi hansıdır?
- Ən zəif tərəfimi öyrənmək üçün məşqçilərlə danışmaq lazımdır.
- Bəs komandanızın fiziki durumu nə yerdədir?
- Fiziki durumumuz asta-asta düzəlir. Əvvəl topsuz oynayanda yorulurduq. İndi isə topla daha çox oynadığımızdan, komandamız düzəlib.
- "Kəpəz" üzərində qələbədən sonra xeyli sevindiniz...
- Qələbəyə ac idik. Neçə oyundur uduzduğumuzdan, bu, komandamıza psixoloji təsir göstərirdi. Komanda yoldaşlarıma təşəkkür edirəm ki, "Kəpəz"lə görüşdə həqiqətən də vuruşdular. Qələbəyə kollektiv oyun sayəsində nail olduq.
- Mahir Şükürov hazırda "Neftçi"nin futbolçusu olmasa da, komandanın yanındadır. Bunu özünüz üçün əlavə stimul sayırsınız?
- Əlbəttə. Mahir "Neftçi"nin oyunçusu idi, kapitanı da olub. Hamınız onu tanıyırsınız. Öz mövqeyində çox güclü futbolçudur. Hazırda komanda ilə məşq edir. Oyunlara çıxsa, kollektivə daha çox xeyir verəcəyini düşünürəm.
- Qarşıdan milli komandanın Norveçlə dünya çempionatının seçmə qrup mərhələsindəki oyunları gəlir. Bu görüşlərdən nə gözləyirsən?
- Norveçlə evdə oynayacağıq. Azarkeşlər də millimizdən qələbə gözləyirlər. Fikrimcə, yaxşı məşq edərək, oyunu qalib kimi başa vura bilərik.
- "Neftçi"dəki durum yığmadakı mövqeyinə təsir etməyəcək?
- Çalışıram. Düzdür, bir az çətindir. Qalib gələ bilməyəndə heyətə düşmək çətinləşir. Amma öz üzərimdə daha çox işləyirəm ki, baş məşqçi də mənə şans versin.

Xəbərin orijinal ünvanı: http://report.az/komanda/neftci-nin-kapitani-qelebeye-ac-idik-musahi-be

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR