Türkiyədə baş vermiş terror aktında 1 əsgər şəhid olub, 5-i yaralanıb

Türkiyədə baş vermiş terror aktında 1 əsgər şəhid olub, 5-i yaralanıb
04:52 2 Oktyabr 2016
54 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 2 oktyabr. REPORT.AZ/ Türkiyədə terror aktı baş verib.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, hadisə Hakkari vilayətinin Çukurca rayonunda qeydə alınıb.
Məlumata görə, PKK terrorçuları rayonun Dağbaşı bölgəsində hərbçilərə hücum edib. Nəticədə 1 əsgər şəhid olub, 5-i yaralanıb.
Yaralı əsgərlər Hakkari Dövlət Xəstəxanasına yerləşdirilib.
Bölgədə terrorçulara qarşı havadan dəstək verilən əməliyyat başlayıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/turkiyede-bas-vermis-terror-aktinda-1-esger-sehid-olub-5-nefer-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR