Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Üç yaşlı uşaq bir yaşlı qardaşını güllələdi

Üç yaşlı uşaq bir yaşlı qardaşını güllələdi

Date: 2 October 2016 05:49

ABŞ-ın Makdono şəhərində (Corciya ştatı)  üç yaşlı oğlan uşağı tapança ilə oynayarkən bir yaşlı qardaşını öldürüb.

 

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, güllə uşağın başından dəyib. Yaralı xəstəxanaya çatdırılıb, lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Məlumata görə, silah ailə üzvlərindən birinə məxsus olub.

 

Polis ölən uşağın oynayarkən təsadüfən özünə atəş açdığını da istisna etmir.

 

Silah ekspertizaya göndərilib. Araşdırmalar aparılır.

 


Tags:  yaşlı uşaq yaşlı qardaşını güllələdi


RƏYLƏR


Top news